Zombie, Escape Room Game
Escape Room Game

Zombie

Filial: Filial 14

min 3 - max 15 60 dəqiqə 20.00 ₼ - 20.00 ₼ Asan Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Az AZ, EN, RU

Oyunun məzmunu

Bu ərazi bir vaxtlar adi təlim məntəqəsi idi… ta ki naməlum infeksiya yayılana qədər. Bir neçə gün ərzində hər şey məhv oldu. İnsanlar yoxa çıxdı. Sağ qalanlar isə artıq insan deyil.
Bu ölümcül zonada 4 gizli bayraq yerləşdirilib.
Sizin məqsədiniz — həmin bayraqları tapmaq, onları sandığa yerləşdirmək və sandığın içində gizlədilmiş açarı əldə etməkdir. O açar köhnə qarajın qapısını açır. Qarajda isə bu lənətlənmiş ərazidən çıxmaq üçün yeganə maşın yerləşir.
Amma unutmayın…
Siz burada tək deyilsiniz.
Virusdan yoluxmuş insanlar artıq insan deyil.
Onlar qaranlıqda gizlənir.
Hər səs və işıq onları sizə yaxınlaşdıra bilər.
Bəzən hətta öz nəfəsinizi belə eşitmək istəməyəcəksiniz.
Ərazinin müxtəlif yerlərində xəritə parçaları gizlədilib. Əgər onları tapa bilsəniz, birləşdirərək bayraqların yerlərini öyrənə bilərsiniz. Amma vaxt sizin əleyhinizə işləyir…
Çünki zaman keçdikcə zombilər dəyişir.
Onlar daha sürətli, daha aqressiv və daha təhlükəli olurlar.

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

26 iyul bazar
27 iyul bazar ertəsi
28 iyul çərşənbə axşamı
29 iyul çərşənbə
30 iyul cümə axşamı
31 iyul cümə
01 avqust şənbə

İstifadəçi rəyləri

6 Rəy

Laman

Laman

2 həftə əvvəl

игра была отличная!! очень страшная, мы половину боялись даже выйти, очень понравилось. Сам филиал тоже отличный, рессепшен очень приятные, обязательно сюда вернемся!!

I

Inara Rzayeva

2 həftə əvvəl

portalda hec vaxt bu qeder qorxmamishdim, en best oyun idi!!!!

R

Rasim

2 həftə əvvəl

Çox maraqli ve qorxulu idi

N

Narmin

3 həftə əvvəl

cox maraqli, aktorlar qorxulu

H

Hilal

1 ay əvvəl

Oyun cox maraqli ve eylenceli idi.

R

Resul

1 ay əvvəl

Çox zor,çox qəşəy aktyorlar flan vopse super idi.Hərkəs bu oyunu yoxlamalıdı

Ünvan

Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?