Oyunun məzmunu
Qızı öldükdən sonra Roni yoxa çıxdı. O, insanlardan uzaqda, meşənin dərinliyindəki köhnə bir evdə gizləndi. Amma onunla bir şey qaldı. Səs. O səs hələ o vaxt danışırdı onunla. Və Lili öldükdən sonra yox olmadı — əksinə, Roni'nin bir parçasına çevrildi.Siz indi ora gedirsiniz ki, həqiqəti öyrənəsiniz: Roni sağdırmı, onunla və onu dəliyə sürükləyən səslə nə baş verib.Amma qapı arxanızca bağlanır.Səs pıçıldayır.O artıq kim olduğunuzu bilir.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
15 ₼ / 15 ₼
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
15 ₼ / 15 ₼
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
15 ₼ / 15 ₼
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
15 ₼ / 15 ₼
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Mustafa
2 ay əvvəl
Cox maragli idi birdefede gelecik
Muhamçed
2 ay əvvəl
Очень интересная игра, игра актеров безумно крутая
Hira Idrisova
2 ay əvvəl
очень интересный и страшный квест, актер очень хорошо играет, пришли командой, было весело!
Leyli
2 ay əvvəl
oyun çox maragli idi aktyor çox zor qorxudur
Ulvu
4 ay əvvəl
men getdim cox ela idi noyun aktyorda super bir sey pis idiki komek ancaq 1 ci otaqda idi nbiz 70 faiz kecdik
Nermin
8 ay əvvəl
ela idi mutleq gedin
Taleh
9 ay əvvəl
Normal
Ugur Hasanzade
9 ay əvvəl
Прикольный квест, атмосфера на высшем уровне. Актер тоже отлично играл свою роль. Всем советую!