Labirint, Escape Room Game
Escape Room Game

Labirint

Filial: Dəniz Mall

min 3 - max 15 30 dəqiqə 22.00 ₼ - 22.00 ₼ Asan Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Az AZ, EN, RU

Oyunun məzmunu

Xoş gördük sizi, cəsur ovçular!
Qarşınızdakı qaranlıq Labirint amansız bir məxluqun yuvasıdır. İllər əvvəl burada aparılan gizli təcrübələr nəticəsində yaranan bu varlıq Labirinti özünə məskən seçib və o vaxtdan bəri buraya daxil olan heç kim ondan qaça bilməyib.
Yeganə ümidiniz Labirinti partlatmaqdır. Bunun üçün köhnə seyfdə gizlədilmiş xüsusi bombanı tapmalı, məxluqu məhv etməli və çıxış yolunu açmalısınız.
Ancaq unutmayın: Labirint sizi hər addımda sınağa çəkəcək və qaranlığın sahibi daim sizi izləyəcək.
Labirintə daxil olmaq asandır… Bəs oradan çıxa biləcəksinizmi?

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Light

Escape Room Game Hər kəs

Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.

Standart

Escape Room Game 14+

Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

24 avqust bazar ertəsi
25 avqust çərşənbə axşamı
26 avqust çərşənbə
27 avqust cümə axşamı
28 avqust cümə
29 avqust şənbə
30 avqust bazar

İstifadəçi rəyləri

2 Rəy

A

Ayan

17 saat əvvəl

Oyun çox adreanilin dolu idi aktyor əla idi

Q

qudret

5 gün əvvəl

эта игра была суперзкая и прикольная, страшная нам очень понравилось советую!!

Ünvan

Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?