Escape Room Game

Apokalipsis Z

Filial: Passaj Filialı

min 3 - max 12 60 dəqiqə 20.00 ₼ - 20.00 ₼ Orta Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Az AZ, EN, RU

Oyunun məzmunu

Zombi apokalipsisi hər şeyi məhv edib. Şəhərlər tərk edilib, həyat demək olar ki, yox olub. Bəşəriyyətin böyük bir hissəsi məhv edilib və sağ qalanların sayı getdikcə azalır.
Lakin bir gün tərk edilmiş metro xətlərindən qəribə siqnallar alınır. Bu siqnallar bəşəriyyətin son ümidinə işarə edir…
İndi sizin əsas məqsədiniz metronun sistemlərini işə salmaq və şəhəri tərk etməkdir. Bunun üçün qaranlıq və təhlükəli metro tunellərində gizlənən qurğuları tapmalı və onları aktivləşdirməlisiniz.
Amma unutmayın…
Zombilər səsə və hərəkətə qarşı son dərəcə həssasdırlar. Etdiyiniz hər bir səs, atdığınız hər bir addım sizi onlara daha da yaxınlaşdıra bilər.

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Light

Escape Room Game Hər kəs

Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

26 iyul bazar
27 iyul bazar ertəsi
28 iyul çərşənbə axşamı
29 iyul çərşənbə
30 iyul cümə axşamı
31 iyul cümə
01 avqust şənbə

İstifadəçi rəyləri

12 Rəy

M

muhammedali

1 həftə əvvəl

yaxsiydi , aktyorlar ela idi tebrik edirem. Sadece o qederde qorxulu olmadi

S

Sidra

2 ay əvvəl

vse bilo klassno,zakonchili daje ranshe vremeni. Akteri krutie,bilo veselo!

E

Elmar

2 ay əvvəl

Əla

Гюнай

2 ay əvvəl

👍🏻

Yusif

Yusif

2 ay əvvəl

Oyun çox marağlı idi aktyorlarda əla

K

Kamal

2 ay əvvəl

Oyun çox superdi gelmeye deyer

Gozel

Gozel

2 ay əvvəl

Классная игра, было интересно, советую пойти

N

Nərmin

2 ay əvvəl

Maraqlı oyun idi çox əyləndik

H

Huseyn

3 ay əvvəl

Ela idi aktyorlar cox yaxsi idi beyendim.Aktryor iki idi isni yaxsi bacarir👍👍👍👍👍👍👍👍

екатерина кузнецова

3 ay əvvəl

Актеры очень страшные, эмоции захватывает. Всем советую

İnna

3 ay əvvəl

Oyun əla, akterlara söz ola bilməz. Scream dan sonra ən sevdiyim oyun

K

Kənan

3 ay əvvəl

Квест был очень интересным, локация была пугающим и атмосферным . А актерам отдельный респект за их реалистичную игру. И спасибо ресепшину за обратную связь

Ünvan

Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın
Hər hansı sualınız var? Elə isə bizimlə əlaqə saxlayın

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?